• 22 Sentyabr 2024 11:46

Tolik Həcc ziyarətindən danışdı: Bodruma döndərməyin!

Tolik Həcc ziyarətindən danışdı:  Bodruma döndərməyin!

Aparıcı Tarix Əliyev (Tolik) Həcc ziyarətindən edilən bəzi paylaşımlara irad bildirib.

Tacxeber.com xəbər verir ki, bu barədə o, “Tarixin bir günü” verilişində söz açıb:

“Allaha qurban olum. Əvvəl qonşuda saqqallı kişiləri Həccə yola salırdılar. İndi baxıram, Ümrə ziyarətinə kimlər gedir…

Özüm o yolu getməyə layiq deyiləm. Allah mənə ruzi yetirsin, o yola getmək istəyən insanı göndərim. Ondan çox savab qazanaram, oranı Antalya-Bodruma döndərməyin, günahdır. Hər insanı aparmasınlar. Söhbət müğənnilərdən getmir.

Məsələn, bu yaxınlarda Xatun bacısı, anası ilə getmişdi. Allah qəbul etsin. Bəzən qarşıma tanınmamış simalar çıxır. Görürəm ki, orada ifrat hərəkətlər edirlər. Ora Allahın evidir, günahdır”.

Tacxeber.com

Oxşar xəbərlər