• 22 Sentyabr 2024 07:34

53 yaşını qeyd edən Aygün Kazımovaya qızı İlqarədən sürpriz – VİDEO

 

Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Aygün Kazımovanın doğum günü olub.

Tacxeber.com bizim.media-ya istinadən xəbər verir ki, 53 yaşına qədəm qoyan pop diva həmkarlarını başını toplayaraq özünə dəbdəbəli və təmtəraqlı ad günü məclisi keçirib.

Gecədə Kazımovanın DJ və müğənni qızı İlqarə də iştirak edib. İlqarənin məclisdə səhnə alması isə anası Aygünə xoş sürpriz olub. Kazımova qızı ilə birgə oxuyub və rəqs edib.
İlqarənin görünüşündəki dəyişiklik və eyni zamanda coşqu dolu ifası sosial şəbəkədə maraqla qarşılanıb.

Həmin anları sizə təqdim edirik:

Tacxeber.com

Oxşar xəbərlər