• 25 Noyabr 2024 23:34

Qəzzada aclıq tüğyan edir – Bir qurtum suya möhtacdırlar

Qəzzada aclıq tüğyan edir - Bir qurtum suya möhtacdırlar

İsrailin 7 oktyabrdan bəri aylardır bombardman etdiyi Qəzzada insanlar aclıq və susuzluqla mübarizə aparır. Su klapanlarını bağlayan, tarlaları bombalayan və ərzaqğın şəhərə daxil olmasına mane olan İsrail 24 mindən çox insanın ölümünə görə də məsuliyyət daşıyır. 

Tacxeber.com bildirir ki, dünyanın gözü qarşısında böyük insanlıq faciəsinin yaşandığı Qəzza əslində yarım əsrdən artıqdır ki, işğal, blokada və təcrid vəziyyətindədir.

Dünyanın “ən böyük açıq həbsxanası” olaraq xarakterizə edilən Qəzza şimal və şərqdə İsrail, cənubda Misir və şərqdə Aralıq dənizi ilə həmsərhəddir.

Uzunluğu 41 kilometr, eni 10 kilometr olan bu bölgədə 2 milyondan çox insan yaşayırdı.

Lakin oktyabrın 7-də başlayan İsrail hücumu nəticəsində əvvəlcə Qəzzanın şimal bölgəsinin infrastruktur və üst quruluş obyektlərini dağıdıb, daha sonra bölgə əhalisi məcburi köçə məruz qalıb.

Gecə-gündüz bombalanan şəhər dünyanın ən böyük qəbiristanlığı kimi tanınıb. 100 gündən çox davam edən hücumlarda 24 mindən artıq insan həyatını itirib.

Qəzzanın dünyanın ən böyük açıq hava həbsxanası kimi tanınması 2 milyon 200 mindən çox insanın çox dar bir ərazidə yaşamasından qaynaqlanır.

İsrailin hücumları əkinçilik sahələrinin məhdud olduğu, su ehtiyatlarının olmadığı və xarici dünya ilə əlaqələrin daimi nəzarət altında olduğu Qəzzada həyatı iflic edib.

İş o yerə çatıb ki, oktyabrın 7-də başlayan hücumlarda İsrail ordusu birbaşa kənd təsərrüfatı sahələrini hədəfə alıb və şəhərin ərzaq istehsal potensialını məhv edib. Şəhərdən çıxıb əkin sahələrinə getmək istəyənlər də birbaşa hədəfdədir.

Yəni ölümə, dağıntıya, sərt təbii şəraitə baxmayaraq nə isə istehsal etmək istəsən belə, İsrail ordusu buna imkan vermir.

Tacxeber.com

Oxşar xəbərlər