• 24 Noyabr 2024 06:33

İranda 9 pakistanlı öldürüldü – Səfirdən çağırış

Pakistanın İrandakı səfiri Məhəmməd Müdəssir Tibu Sistan və Bəlucistan əyalətinin Sirkan şəhərində 9 Pakistan vətəndaşının öldürülməsini pisləyib.

 

Səfir bu barədə özünün X hesabında paylaşım edib.

 

O, hadisənin qorxunc olduğunu və bundan şoka düşdüyünü yazıb.

 

Səfir öldürülən pakistanlıların ailələrinə dəstək veriləcəyini deyib və İran hökumətini hadisənin dəqiq araşdırılması üçün İslamabadla əməkdaşlıq etməyə çağırıb.

 

Qeyd edək ki, Sistan və Bəlucistan əyalətinin Sirkan şəhərində naməlum şəxslərin sakinlərə açdıqları atəş nəticəsində 9 nəfər öldürülmüşdü.

 

Tacxeber.com

Oxşar xəbərlər