• 24 Noyabr 2024 01:30

3 dəfə evlənib, 3 uşağı var: Bütün qazancı alimentə gedir – Qanun nə deyir?

 

Azərbaycanda 3 dəfə ailə quran kişinin bütün qazancı alimentə çıxılır. 

Vətəndaş Əli Həsənovun ailə qurduğu hər qadından bir uşağı var. Onun maaşından 1/4 kəsilərək uşaqlara verilir. Bu səbəbdən vətəndaşa qazancından demək olar vəsait qalmır. İndi vətəndaş alimentin azaldılması üçün məhkəməyə müraciət etmək istəyir.

Vəkil Səməd Vəkilov Qaynarinfo-ya açıqlamasında bildirib ki, vətəndaşın hər bir uşaq qarşısında öhdəliyi var və həmin öhdəlik yerinə yetirilməlidir:

“Onun ailə qurması, qazancının olub-olmamamsı öhdəliyini yerinə yetirməmsi üçün əsas deyil. Alimenti sona kimi ödəmlidir. Əgər o, üç dəfə evlənməsəydi, birinci evliliyindən 3 övladı olsaydı, uşaqları saxlamayacaqdı? Üç, yaxud 10 dəfə evlənmək onun hüququqdur, aliment vermək isə vəzifəsidir. Evlənmə sayına görə məhdudiyyət yoxdur”.

Tacxeber.com

Oxşar xəbərlər