• 24 Noyabr 2024 03:44

Hamını cana-boğaza yığan uşaq görün kimin nəvəsi imiş 

Hamını cana-boğaza yığan uşaq görün kimin nəvəsi imiş 

“Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxsin hərəkətləri ilə bağlı görüntülər araşdırılır”.

Tacxeber.com xəbər verir ki, bunu Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.

O bildirib ki, əvvəllər də həmin şəxslə bağlı müvafiq tədbirlər görülməsinə baxmayaraq, o, hərəkətlərini davam etdirir. Həmin şəxslə bağlı əlavə tədbirlər görüləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə “Jalilov” adı ilə məşhurlaşan gəncin yaşlı insanları narahat etdiyi videoları gündəm olub.

Tacxeber.com bildirir ki, sosial şəbəkələrdə yayılan xəbərlərə görə  “Jalilov” Azərbaycan tanınmış dövlət və siyasi xadimi, vaxtilə Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin müşaviri vəzifələrində çalışmış Afiyəddin Cəlilovun nəvəsidir. Eyni zamanda o babasının adını daşıyır.

Tacxeber.com

Oxşar xəbərlər