• 22 Sentyabr 2024 06:04

Nigar Arpadarai COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu seçilib – FOTO

Nigar Arpadarai COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu (UN Climate Change High-Level Champion) təyin edilib.

Tacxeber.com xəbər verir ki, bu barədə COP29-un rəsmi “X” hesabında məlumat verilib.

N.Arpadarai Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. O, beynəlxalq təşkilatlarda, idman və telekommunikasiya sahəsində 15 illik iş təcrübəsindən sonra parlamentə seçilib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və Ailə, qadın və uşaq məsələləri komitələrinin üzvü olan Nigar Arpadarai, həmçinin Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəridir.
O, Milli Məclisin deputatı seçilənə qədər 2016-cı ildən “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin müdiri və Formula-1 Azərbaycan Qran-Prisinin rəsmi sözçüsü olub. N.Arpadarai Azərbaycan Milli Antidopinq Agentliyinin Müşahidə Şurasının sədri vəzifəsini icra edir. O, Bakı Dövlət Universitetində Hüquq və Beynəlxalq münasibətlər üzrə bakalavr və magistr dərəcələri alıb.

Tacxeber.com

Oxşar xəbərlər