• 04 İyun 2025 10:48

Azərbaycanda süni brilyant istehsal ediləcək

 Azərbaycanda süni brilyant istehsal ediləcək
Paylaş

Laborator şəraitdə süni brilyantlar bir çox sənayedə, tibbi avadanlıqların istehsalında, hərbi sənayedə istifadə olunur. Süni brilyantların istifadəsi və tətbiqi sürətlə artır.

Tacxeber.com xəbər verir ki, bunu “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

O bildirib ki, ötən ilin payızında “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə Hindistan şirkəti arasında Ələt Azad İqtisadi Zonasında belə bir istehsal qurulması üçün anlaşma memarondumu imzalanıb:

“Müqavilənin şərtləri bizə uyğundur. Süni brilliantın yeganə fərqi onun daha qısa müddətdə 2-3 həftəyə ərsəyə gəlməsidir. Qeyd edim ki, süni brilliantın xammalı təbii brilliantdan götürülür”.

Tacxeber.com

Oxşar xəbərlər