• 22 Sentyabr 2024 02:58

Gürcüstanın Baş naziri İSTEFA VERDİ

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili tutduğu vəzifədən istefa verib.

 

O, hökumət administrasiyasında, xüsusi brifinqdə istefa verdiyini təsdiqləyib.

 

İrakli daxili partiyalararası demokratiyaya toxunaraq, başqalarına şans vermək lazım olduğunu deyib. O, “Gürcü Arzusu” partiyasının sədri olmaq təklifini də qəbul etdiyini bildirib.

 

Xatırladaq ki, bu gün Gürcüstanın “İmedi TV”də Baş nazir İrakli Qaribaşvili ilə hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidzenin bir-birini əvəz edəcəyi ilə bağlı məlumat yayılıb.

 

Qeyd edək ki, İrakli Qaribaşvili ilk dəfə 2013-cü ildə hakim “Gürcü Arzusu” partiyasının təsisçisi Bidzina İvanişvilini əvəz edərək, Baş nazir postunu tutub. 2015-ci ildə vəzifəsindən istefa verən Qaribaşvili, 2021-ci il fevralın 22-də ikinci dəfə Gürcüstanın Baş naziri təyin edilib. (Sfera)

Tacxeber.com

Oxşar xəbərlər