• 23 Noyabr 2024 21:12

Məhkəmə İlon Maskın 55 milyardlıq maaş müqaviləsini ləğv etdi

ABŞ-nin Delaver ştatının hakimi 2018-ci ildə “Tesla” şirkəti tərəfindən İlon Maska verilən 55,8 milyard dollarlıq əmək haqqı müqaviləsini ləğv edib.

 

İddia Maska artıq pul verildiyini iddia edən səhmdar Riçard Tornetta tərəfindən qaldırılıb.

 

Hakim Ketlin MakKormik “Tesla” İdarə heyətinin maaş paketini təsdiqləməsinin qüsurlu olduğuna qərar verib.

 

İlon Mask isə qərara cavab olaraq, “X” sosial şəbəkə hesabında: “Heç vaxt şirkətinizi Delaver ştatında qeydiyyatdan keçirməyin”, – deyə yazıb.

 

Bu əmək haqqı müqaviləsi şirkətin tarixində ən böyük müqavilə idi və Maskın dünyanın ən varlı insanlarından biri olmasına imkan verdi.

 

“Tesla” rəhbərləri isə müqaviləni dünyanın ən dinamik sahibkarlarından birinin diqqətini şirkətə yönəltməsini təmin etmək üçün bağladıqlarını iddia ediblər.

 

Bununla belə, hakim “Tesla” və Maskın vəkillərinin bu məsələ ilə bağlı səhmdarların tam məlumatlandırıldığını sübut edə bilmədiklərinə qərar verib.

 

Qərardan Delaver Ali Məhkəməsinə şikayət verilə bilər.

 

Qeyd edək ki, “Tesla”nın səhmləri Nyu-York birjasında təxminən 3 faiz ucuzlaşıb. İlin əvvəlindən bu günə qədər isə səhmlər dəyərinin 20 faizindən çoxunu itirib. (Yeniavaz)

 

Tacxeber.com

Oxşar xəbərlər