• 24 Noyabr 2024 06:38

“Üçüncü Dünya müharibəsi sürətlə yaxınlaşır” – Məşhur nəşrin ANALİZİ

Britaniyanın “Telegraph” nəşri ehtimal olunan Üçüncü Dünya müharibəsi haqqında yazı dərc edib.

 

Sfera.az bildirir ki, məqalənin müəllifi ingiltərəli jurnalist Şerell Emma Ceykobsdur. Həmin materialı təqdim edirik:

 

“Apokalipsis zirvəsi” (dünyanın sonu və bəşərin məhvinin mümkünlüyü haqda dini ehtimal) dövründə Üçüncü Dünya Müharibəsi ilə bağlı suala gülmək asandır. Biz artıq özümüzü davamlı olaraq pandemiya dövründə görür, hər gün ekoloji çöküş proqnozları ilə mühasirəyə alınırıq. Lakin qlobal müharibə riski, indiki qədər yüksək olmayıb.

 

Avtoritar rejimlərin iflası…

 

Dünyada avtoritar rejimlər iflasa uğrayır. Qlobal durğunluq dövründə iş yerlərinin təmin edilməsi, yoxsulluqla mübarizə, orta təbəqələrin artırılması istiqamətində verilən vədlərin yerinə yetirilməsindəki acizlik zirvəyə çatır. Daxili fikir ayrılığına qarşı paranoyak olan avtokratlar beləliklə, müstəmləkəçilik yolu ilə aparılan regional müharibələr və ya Qərbə qarşı yüksək riskli absurd münaqişələr vasitəsilə öz güclərini artırmaq üçün getdikcə artan həvəsə malikdirlər.

 

İordaniyanın Suriya ilə sərhədi yaxınlığındakı ABŞ hərbi bazasına pilotsuz uçan aparatların hücumundan sonra yaranan və sürətlə inkişaf edən böhran yeni və qorxulu reallığımızın mükəmməl nümunəsidir. İran bu məsələdə hər hansı birbaşa iştirakını inkar etsə də, aydındır ki, onun ABŞ-ni Yaxın Şərqdən qovmaq üçün nəzərdə tutulmuş son hadisələrdə rolu var. ABŞ-nin labüd cavabını nəzərə alsaq, belə bir sual yaranır: İran niyə belə ehtiyatsız davrandı?

 

Süquta uğrayan İran…

 

İranın tənəzzülü müasir dövrün ən qeyri-adi hekayələrindəndir. İran qlobal ticarət mərkəzində əlverişli yerdə yerləşən və dünyanın ən böyük neft və qaz ehtiyatlarına rəhbərlik edən böyük qədim sivilizasiyalardan biri idi. Ancaq daşlaşmış və bacarıqsız teokratiya bu ölkənin zibil qutusuna çevrildiyini göstərir. Onun infrastrukturu müharibə şəraitində olan dövlətin infrastrukturu ilə müqayisə oluna bilər: əhalisinin yarısı yoxsulluq içində yaşayır.

 

Mollaların milli şikəstliyinin miqyasını gizlətmək qeyri-mümkün olduqca və etiraz hərəkatları genişləndikcə, çətin vəziyyətə düşən rejim özünü regional hegemon kimi təsdiqləmək üçün uzun müddətdir davam edən ambisiyalarını ikiqat artıraraq “şiə Ayparası” yaradaraq uğursuzluqlarından yayınmağa çalışıb. Bu, həm sünni və qərbli kafirlərə qarşı “məzhəb müdafiə qalxanı”, həm də “imperialist qürur mərkəzi” kimi funksiyaları özündə daşıya bilər. Belə bir görüntü üçün nüvə gücünə çevrilmək əlbəttə, vacibdir. Əsl təhlükə İranın daha güclü olması deyil, liderlərinin zamanın onların tərəfində olmadığını bilməsidir. Düzdür, Tehranın ballistik raketlər üçün nüvə başlıqlarının yaratmasına yəqin ki, cəmi bir neçə il qalıb. Lakin iqtisadiyyatı çökən rejim, vətəndaşlarına layihənin xərcləri ilə bağlı haqq qazandırmaqda çətinlik çəkə bilər. Bu, tarix boyu müəyyənləşən nümunə ilə uyğunlaşır. Əvvəlki dünya müharibələrinin bizə öyrətdiyi odur ki, savaşı özünə güvənən və uğurlu ölkələr deyil, “çürümüş” və “şizofrenik” ölkələr başladır. Çünki onların hər ikisi böyük xülyalardan və gələcəklə bağlı ölümcül qorxudan əziyyət çəkirlər.

 

“Ayı” indi “meduza”ya çevrilib…

 

Bu gün bu paradoks təkcə İranda deyil, Rusiyada da özünü göstərir. Putin yaşayış standartlarını yüksəltmək və rifah yaratmaq üçün Rusiyanın daxili üstünlüklərindən – ən azı təbii sərvətlərindən istifadə edə bilmədi. Rusiya əhalisinin böyük hissəsi yoxsulluğun astanasındadır və ölkə adətən üçüncü dünya dövlətləri üçün ayrılan “neft tələsi”ndə ilişib qalıb. Dövlətin yırtıcılığı, sürünən inhisarçılıq, qohumbazlıq və yalanlar dünyası 90-cı illərdə bazar islahatlarından əldə edilən qazancların boşa getdiyini göstərir.

 

Putin buna cavab olaraq iqtisadi və demoqrafik tənəzzülü dayandırmağa və fəth yolu ilə ölkə daxilindəki uğursuzluqlarından yayınmağa çalışır. Rusiyanı “ayı” adlandırsalar da, o, ölümdən sonra suya toksinlər buraxan meduzaya oxşayır. Onun hücum hüceyrələri hətta başı kəsildikdən sonra da nəzarətsiz şəkildə atəş açır. Mövcud tendensiyalar davam edərsə, Rusiya cəmi bir neçə onillik ərzində gücdən düşəcək, hətta Nigeriya kimi yüksələn Afrika güclərindən belə cəsarət baxımından geri qalacaq.

 

Çinin müharibə başlatmaq riski…

 

Çinin Tayvanı işğal etməklə yeni dünya müharibəsi riskini artıra biləcəyi fikri də ağlasığmaz deyil. Si Cinpin bilir ki, onun hərəkət etmək üçün məhdud vaxtı ola bilər. 2027-ci ilə qədər Pekinin Tayvan boğazında ABŞ üzərində hərbi üstünlüyə malik olacağı güman edilsə də, azalan əhalisi və durğun iqtisadiyyatı nəzərə alındıqda, bunun nə qədər davam edəcəyi sual altındadır.

 

Düşünülür ki, Üçüncü Dünya müharibəsi təsadüfən başlayacaq. Lakin biz hakimiyyətdən düşəcəkləri təqdirdə ölüm ehtimalı ilə üz-üzə qalan qalan avtokratik liderləri, onların həyatda qalma strategiyalarını da nəzərə almalıyıq. Onlar, insanlıq üçün təhlükə yarada bilərlər. Diktatorların həqiqətən qalib gələ biləcəklərini düşündüyü bir dövrdə risklər də artır. Rusiya nüvə müharibəsi vəziyyətində üstünlüyə malik olacağına getdikcə əmin olur, İran rejimi isə “sağ qalmaq təkəbbürü”ndən əziyyət çəkir…

 

Qərbin xilas yolu…

 

Qərb avtoritar təhlükəni cilovlamaq istəyirsə, öz “kozırları”ndan istifadə etməli olacaq. 1970-ci illərdə Çinlə münasibətlərin normallaşması, bunun Sovet İttifaqını gözdən salması, Ukraynanın işğalına sərt reaksiya – bütün bunlara görə düşmənləri Qərbdən qorxur. Çünki onlar bundan sonra hansı addımların atılacağını bilmir. Qərb isə üstünlüyünü qorumaq üçün hər şey edə bilər.

 

Tacxeber.com

Oxşar xəbərlər