• 22 Sentyabr 2024 08:54

Zidan “Liverpul”un baş məşqçisi ola bilər

“Real Madrid”in keçmiş baş məşqçisi Zinəddin Zidan Yurgen Kloppu “Liverpul”un baş məşqçisi kimi əvəz edə bilər.

 

Bu barədə “Todofichajes” portalı məlumat yayıb.

 

Məlumata görə, İngiltərə klubunun rəhbərliyi artıq məşqçinin nümayəndələri ilə ilk danışıqlara start verib.

 

Qeyd edək ki, Yurgen Klopp 2015-ci ilin payızından “Liverpul” karyerasına başlayıb. Onun rəhbərliyi altında “qırmızılar” İngiltərə Premyer Liqası, Çempionlar Liqası, Klublararası Dünya Kuboku, Liqa Kuboku, İngiltərə Kuboku və UEFA Super Kubokunun qalibi olub.

 

O, 2023/24 mövsümündən sonra komandadan ayrılacağını bəyan edib.

 

Premyer Liqanın cari mövsümündə Kloppun yetirmələri 21 oyundan sonra 48 xal toplayıb və turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

 

Zidan isə 2016-2018 və 2019-2021-ci illərdə “Real Madrid”in baş məşqçisi olub. Bu müddət ərzində komanda iki dəfə İspaniya Liqasında qalibi gəlib, iki dəfə İspaniya Superkubokunu və UEFA Super Kubokunu alıb, iki dəfə Klublararası Dünya Kubokunu qazanıb və üç dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

 

Tacxeber.com

Oxşar xəbərlər