Xroniki baş ağrısının həm fizioloji, həm psixoloji səbəbləri var. Xəstələr bəzən baş ağrısının səbəbini kəllə və baş beyində axtarır.
Nevroloq Aleksey Rusakov baş ağrısının bilmədiyimiz səbəblərini açıqlayıb.
“Baş ağrısının görünən səbəbləri kəllədə köhnə zədə, çapıqlar, limfa və qan dövranı pozulmasıdır. Bunlar müayinə ilə üzə çıxır.
Eləcə də yorğunluq, tükənmişlik, qəzəb, aqressiya baş ağrısına səbəb olur.
Birincili səbəblərdə əgər anamnezdə zədə, travma, qırıq, çıxıq, kəsik, çapıq varsa, kəllə və boyun sümüklərində yerdəyişmə, əzilmə olursa baş verir.
Eləcə də sürücü, oturaq işdə oturanlarda uzun müddət eyni pozada qaldıqda da baş ağrıyır.
Bu səbəblərdən kəllədaxili və gözdaxili təzyiq də qalxır və baş ağrıyır
Emosional səbəbləri isə insan özü bilir, həkimi desə də ciddi qəbul etmir.
Qəzəb, hirs zamanı diafraqma sıxılır, limfodrenaj pozulur, insanın başı isə qaraciyərlə bir drenaj olunur, əgər limfa durğunluğu varsa, o zaman baş ağrıyır.
Gərginlik tipli baş ağrısı baş ətrafında kəmərli sıxılma kimi hiss olunur. Zamanla keçir, sonra yenə qayıdır.
Yorğunluq, narahatlıq, depressiya, gərgin iş, səs-küy də başı ağrıdan səbəblərdəndir”.