• 24 Noyabr 2024 01:38

Çexiya Deputatlar Palatasının sədri: Mən heç vaxt şübhə etməmişəm ki, Qarabağ Azərbaycandır

Marketa Pekarova Adamova

“Hesab edirəm ki, mənim sözlərim yanlış anlaşılıb. Mən heç vaxt şübhə etməmişəm ki, Qarabağ Azərbaycandır. Heç vaxt!”

APA xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, bunu demək çox vacibdir: “Yəni mən heç vaxt Qarabağın Azərbaycana məxsus olduğunu inkar etməmişəm. Vacib olan gələcəyə baxmaqdır, bu, həmişə vacibdir. Hesab edirəm ki, indi regionda bütün ölkələr arasında münasibətlərin inkişaf etdiyi bir dövrdür və bu, hamımızın üçün vacibdir”.

Marketa Pekarova Adamova onu da əlavə edib ki, Azərbaycanın və Ermənistanın suverenliyi Çex Respublikasının marağındadır: “Sülhün mövcud olduğu Cənubi Qafqaz çiçəklənəcək və əminəm ki, bu hər kəs üçün önəmlidir”.

Xatırladaq ki, Marketa Pekarova Adamova ötən gün Ermənistanda səfərdə olub. O, Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşüb, mətbuat konfransı keçirib.

Tacxeber.com

Oxşar xəbərlər