• 24 Noyabr 2024 04:01

“Ukraynaya dəstəkdən imtina etmək öz qapına qol vurmaq deməkdir” – MKİ direktoru

“Rusiya Ukraynada müəyyən səviyyələrdə müharibəni uduzub, Rusiya ordusu böyük itkilərə məruz qalıb və Rusiyanın iqtisadiyyatı dağılıb…”

 

“Bilavasitə təhlükə Rusiyadan gəlsə də, uzunmüddətli perspektivdə Çin daha böyük təhlükə törədir…”

 

“Yaxın Şərqdə vəziyyət dolaşıq və partlayış həddindir…”

 

ABŞ və Qərbin Ukraynaya göstərdiyi dəstək həyatı əhəmiyyətə malikdir.

 

Bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns Amerikanın “Foreign Affairs” jurnalında “Casusluq və dövlət idarəçiliyi” adı altlnda dərc edilən məqaləsində bəyan edib.

Birləşmiş Ştatlar üçün bu həlledici məqamda müharibədən kənarlaşmaq və Ukraynaya dəstəyi dayandırmaq öz tarixi miqyaslı qapısına qol vurmağa bərabərdir.

 

MKİ direktoru iddia edir ki, Rusiya Ukraynada bir neçə səviyyələrdə müharibəni uduzub, Rusiya ordusu böyük itkilərə məruz qalıb və Rusiyanın iqtisadiyyatı dağılıb.

 

ABŞ-ın indiki vəziyyətini “soyuq müharibə”nin sona çatması və ya 11 sentyabrdan sonrakı dövrlə müqayisə edərək, MKİ direktoru bəyan edib ki, ABŞ Çin və Rusiyanın müqabilində “danılmaz üstünlüyə” daha malik deyil.

 

“Çin uzunmüddətli perspektivdə daha böyük təhlükə törədir…”

 

Bilavasitə təhlükə Rusiyadan törədilə bilər, lakin uzunmüddətli perspektivdə Çin daha böyük təhlükə törədir, Berns hesab edir.

 

O, qeyd edib ki, son illər MKİ ciddi şəkildə müvafiq olaraq yenidən təşkilatlanıb və yalnız Çinlə bağlı xüsusiləşdirilmiş bölmə yaradıb.

 

“Çin dünya düzənini dəyişmək və bunun üçün iqtisadi, diplomatik, hərbi və texnoloji gücünü göstərmək niyyətilə Birləşmiş Ştatların yeganə rəqibi kimi çıxış edir”, – Berns deyib.

 

MKİ direktorunun fikrincə, Çinin dirçəlişi özlüyündə problem deyil, əsl problem Pekinin “təhdidedici” hərəkətlərindədir.

 

ÇXR sədri Si Tszinpin diqqətini təkcə öz ölkəsinin dəyişdirici gücünə yönəltmir, həm də beynəlxalq düzəni “yenidən yazmaq” niyyəti ilə daha miqyaslı addımlar atır”, – MKİ direktoru əlavə edib.

“Yaxın Şərqdə vəziyyət dolaşıq və partlayış həddindədir…”

 

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru öz məqaləsində həmçinin Yaxın Şərdqə yaranmış vəziyyətə toxunub, onu dolaşıq” və “partlayış təhlükəsi törədən” adlandırıb.

 

“HƏMAS-ın oktyabrın 7-də İsraildə törətdiyi qətliamın təhrik etdiyi böhran Yaxın Şərqin Birləşmiş Ştatlara təklif etməkdə davam etdiyi seçimin mürəkkəbliyinin ağrılı olaraq xatırlatmasıdır.

 

Çinlə rəqabət Vaşinqton üçün ali prioritet olaraq qalacaq, lakin bu o demək deyil ki, o, başqa təhlükələrdən kənara çəkilə bilər.

 

Bu yalnız o deməkdir ki, Birləşmiş Ştatlar ehtiyatlı və intizamlı hərəkət etməli, həddən artıq gərginlikdən yan keçməli və öz təsirindən ağılla istifadə etməlidir”, – Berns yazıb.

 

MKİ direktoru qeyd edib ki, özünün son qırx illik fəaliyyətinin böyük hissəsi ərzində o, Yaxın Şərqdə “bu qədər dolaşıq və partlayış təhlükəsi törədəcək vəziyyətlə” nadir hallarda rastlaşıb.

 

“Qəzza bölgəsində İsrailin intensiv yerüstü hərbi əməliyyat aparması, Fələstinin əzabkeş əhalisinin böyük humanitar tələbatları, girovların azad edilməsi, münaqişənin regionun digər hissələrinə yayılmasının qarşısının alınması və Qəzzada savaşdan sonra işlək yanaşmanın formalaşması-bütün bunlar inanılmaz dərəcədə mürəkkəb problemlərdir.

 

Bundan başqa, İsrailin təhlükəsizliyinə zəmanət verəcək möhkəm sülhü təmin etmək, yəni Fələstin dövlətçiliyini yaratmaq, habelə İsrail ilə Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri ilə münasibətlərin normallaşdırılması üçün tarixi imkanlardan istifadə etmək lazımdır.

 

Bu imkanları hazırkı böhran şəraitində təsəvvür etmək çətindir, amma bu böhranla ciddi surətdə məşğul olmadan ondan çıxış yolunu təsəvvür etmək daha çətindir”, – Berns yazıb.

 

Onun fikrincə, İsrail və regionun təhlükəsizliyinin açarı İranla münasibətlərdir.

 

“İran rejimi böhrandan ruhlanıb və görünür ki, regionda özünün son nümayəndəsinədək döyüşməyə hazıdır, eyni zamanda, özünün nüvə proqramını genişləndirir və Rusiya təcavüzü üçün şərait yaradır.

 

7 oktyabrdan keçən bir neçə ay sonra husilər, İrana tabe olan Yəmənin üsyankar qruplaşması Qırmızı dənizdə kommersiya gəmilərinə hücuma başlayıb və digər cəbhələrdə eskalasiyanın artması riski indiyədək mövcuddur”, – Berns qeyd edib.

 

“Birləşmiş Ştatlar Yaxın Şərqdə hər-hansı xoşagəlməz problemlərin həllinə görə istisnasız olaraq məsuliyyət daşımır. Lakin bu problemlərdən heç biri ABŞ-ın fəal nəzarəti olmadan həll edilə bilməz”, – MKİ direktoru qeyd edib. (Moderator)

 

Tacxeber.com

Oxşar xəbərlər