• 22 Sentyabr 2024 11:50

Azərbaycanlı qadın türk sevgilisi ilə İstanbulda qızıl mağazasına basqın edib – VİDEO

 

İstanbulda azərbaycanlı qadın və türk sevgilisi qızıl mağazasını soymağa cəhd ediblər.

 

Tacxeber.com xəbər verir ki, Esentepe məhəlləsində yerləşən qızıl mağazasına daxil olan azərbaycanlı Öznur H. (22 yaşlı) və türkiyəli sevgilisi Enes E. (26 yaşlı) əllərində olan odlu silahla zərgərə hücum ediblər.

 

 

Bu zaman yaxınlıqdakı mağazanın sahibi məsələyə müdaxilə edib və zərgərlə birlikdə soyğunçuları zərərsizləşdirərək polisə təhvil veriblər.

Cütlük polisə verdikləri ifadədə evlənmək üçün toya pul tapa bilmədiklərindən bu addımı atdıqlarını bildiriblər.

 

Cütlüyün mağazaya basqın anı dükanda quraşdırılmış müşahidə kameraları tərəfindən lentə alınıb:


Tacxeber.com

Oxşar xəbərlər