Cüdoçularımız “Böyük Dəbilqə”yə uğursuz başladılar
Azərbaycan cüdo millisinin 2 üzvü Fransanın paytaxtı Parisdə start götürən “Böyük Dəbilqə” turnirində uğursuz çıxış edib.
Tacxeber.com xəbər verir ki, Nazir Talıbov və Əhməd Yusifov (hər ikisi 60 kq) medalsız qalıblar.
Nazir Talıbov 1/32 finalda Artyom Leşuka (Ukrayna) məğlub olub. Əhməd Yusifov isə iki rəqibini üstələməsinə baxmayaraq, 1/8 finalda yerli idmançı Romeyn Pikara uduzub.