• 20 Sentyabr 2024 15:31

Evinin qarajından nüvə raketi tapıldı – ABŞ-də maraqlı hadisə

ABŞ-də Vaşinqton əyalət polisi şikayət əsasında bir evin qarajında köhnə və paslanmış nüvə raketi tapıb. 

 

Bununla bağlı məlumatı BBC yayıb.

Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinin Ohayodakı Milli Muzeyi qeyri-adi ianə təklifi alıb. Bir şəxs muzeyə boş raket bağışlamaq istədiyini bildirib. Bu təkliflə bağlı muzey rəhbərliyi Belvyu şəhər polisinə zəng vurub. Polis şəxsin evinə bomba zərərsizləşdirmə qrupu göndərərək boş vəziyyətdə olan raketi yoxlayıb.

Yoxlama zamanı aydın olub ki, muzeyə bağışlanmaq istənən nüvə raketidir. Polis tapılan raketin əvvəllər “MB-1” kimi tanınan “Douglas AIR-2 Genie” tipli, nüvə başlığı daşımaq üçün nəzərdə tutulan havadan havaya idarə olunmayan raket olduğunu aşkarlayıb.

 

Raketin üzərində döyüş başlığı olmadığı üçün o, təhlükə yaratmayıb. Raketin sahibi polisə bildirib ki, raketi mərhum qonşusundan alıb.

 

Araşdırma zamanı o da bəlli olub ki, raket soyuq müharibə dövründə ABŞ və Kanada tərəfindən istifadə edilib. İlk və yeganə atışı 1957-ci ildə həyata keçirilən raketin istehsalı 1962-ci ildə başa çatıb. (Sfera)

Tacxeber.com

Oxşar xəbərlər