“Hindistan və Fransa Ermənistanın müdafiə sektorunda əsas tərəfdaşlarına çevrilib”.
Tacxeber.com xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyasına müsahibəsində respublika Müdafiə Nazirliyinin rəhbəri Suren Papikyan bildirib.
“Silah və sursatların əldə edilməsinin şaxələndirilməsi prosesində biz yeni tərəfdaşlar əldə etdik və bir çox supergüclərlə əlaqələr qurduq. Xüsusilə, Hindistan və Fransa müdafiə sahəsində bizim əsas tərəfdaşlarımıza çevrildilər”, – Papikyan bildirib.