• 24 Noyabr 2024 01:43

İtalyan mafiyasının başçısı restoranda həbs edildi – Bir il əvvəl həbsdən qaçıb

Fransada İtaliyanın ən çox axtarılan cinayətkarlarından biri, mafiya başçısı Marko Raduano və onun köməkçisi həbs edilib.

Tacxeber.com “BBC News”a istinadən xəbər verir ki, bu barədə iki ölkənin səlahiyyətli orqanları bəyanat yayıb.
İtaliyanın daxili işlər naziri Matteo Piantedosi bildirib ki, mafiya başçısı və köməkçisinin tutulması mütəşəkkil cinayətkarlığa növbəti ciddi zərbədir.

Qeyd edilir ki, “Europol” Raduanonu Avropanın ən təhlükəli cinayətkarlarından biri hesab edirdi.
Xatırladaq ki, 2023-cü ilin fevral ayının sonunda Raduano Sardiniyada qətllər və adam öldürməyə cəhd ittihamı ilə ömürlük həbs cəzası çəkdiyi ciddi rejimli həbsxanadan qaçıb.

Tacxeber.com

Oxşar xəbərlər