• 24 Noyabr 2024 01:41

“24 HƏMAS batalyonundan 17-si Qəzzada məhv edilib”

“İsrail ordusu oktyabrın 7-də münaqişə başlayan zaman anklavda mövcud olan 24 HƏMAS batalyonundan 17-ni Qəzza zolağında məhv edib”.


Tacxeber.com
 xarici KİV-ə istinadla xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Yəhudi dövlətinin həftəlik Nazirlər Kabinetinin iclasında deyib.

“Mən siyasətimizi aydınlaşdırmaq istəyirəm: zəruri məqsəd, ilk növbədə, HƏMAS-ın məhv edilməsidir. Bu məqsədə çatmaq üçün, ilk növbədə, HƏMAS batalyonlarının sayının azaldılması lazımdır. Bu günə kimi biz 24 HƏMAS batalyonundan 17-ni məhv etmişik”, – Netanyahu bildirib.
Baş nazir qeyd edib ki, qalan batalyonların əksəriyyəti Qəzza zolağının cənubunda, həmçinin Rəfahdadır və İsrail ordusu onları da məhv edəcək:

“HƏMAS batalyonları məhv edildikdən sonra Qəzza zolağının şimalında və mərkəzi hissəsində intensiv reydlər həyata keçirən təmizləmə əməliyyatlarına ehtiyac var”.
Netanyahu bir daha bəyan edib ki, İsrail bütün məqsədlərinə – HƏMAS-ın ləğvinə, bütün girovların geri qaytarılmasına və Qəzzanın İsrail üçün artıq təhlükə yaratmayacağı bir vəziyyətə nail olunmayana qədər müharibəni dayandırmayacaq.

Tacxeber.com

Oxşar xəbərlər