• 24 Noyabr 2024 10:11

Britaniyanın ən böyük aviadaşıyıcısı xarab oldu

Böyük Britaniya donanmasının flaqmanı olan “Queen Elizabeth” aviadaşıyıcısı nasazlıq səbəbindən NATO-nun “Steadfast Defender 2024” təlimində iştirak edə bilməyib.

 

Bu barədə Britaniya Donanmasından məlumat verilib.

Bildirilib ki, gəmi bazar günü dənizə çıxmalı idi, lakin mütəxəssislər sağ göyərtəsindəki valın işində problem aşkarlayıblar və buna görə də aviadaşıyıcı limanda qalmalı olub.

 

“Queen Elizabeth”in əvəzinə, təlimlərə “Prince of Uels” aviadaşıyıcısının göndərilməsinə qərar verilib. Lakin onun təlimlərin keçiriləcəyi əraziyə çatması bir həftə çəkəcək”, – məlumatda bildirilib.

 

Qeyd edək ki, Steadfast Defender 2024” təlimləri fevralın 1-də başlayıb və mayın 31-nə kimi davam edəcək.

 

Tacxeber.com

Oxşar xəbərlər