• 20 Sentyabr 2024 02:26

Dünyaya səs salan cinayəti törədən şəxsin ilk ifadəsi məlum oldu – FOTO

Bütün dünyaya səs salan cinayətin təfərrüatı məlum olub.

 

Tacxeber.com Milli.Az-a istinadla bildirir ki, soyuqda üşüməsin deyə taksisinə mindirdiyi şəxsi öldürən D.A. ifadə verib.

O ifadəsində hadisəni soyğunçuluq məqsədi ilə törətmədiyini, olayın spontan olaraq baş verdiyini söyləyib.

 

Xatırladaq ki, 44 yaşlı taksi sürücüsü Oğuz Erge İzmirdə iş vaxtı yolda görüb üşüməsin deyə avtomobilinə mindirdiyi şəxs tərəfindən amansızlıqla qətlə yetirilib. Qatil Oğuzu öldürdükdən sonra onun pullarını götürərək qaçıb. Hadisə anı taksiyə quraşdırılan videoqeydiyyatçıya düşüb. O, kişini güllələdiksən sonra qulağına “bəzi insanlara güvənmirik”, – deməsi bütün Türkiyəni yasa boğub. Cinayət Azərbaycan da daxil olmaqla bütün dünyada əks-səda doğurub, hər kəs bu məlumatı “insanlıq öldü” kimi təqdim edib.

 

Qeyd edək ki, Oğuz Erge evli idi və iki uşağı var.

Tacxeber.com

Oxşar xəbərlər