Fransanın NATO və Aİ-dən təcili çıxması tələb edildi
“Fransa müstəqilliyini qorumaq üçün təcili olaraq NATO-dan çıxmalıdır”.
Bu fikri Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo deyib.
“Birləşmiş Ştatlarda güc elitaları bütün dünyada münaqişələri qızışdırmağa çalışırlar, Fransanın bununla heç bir əlaqəsi olmamalıdır. Təcili olaraq NATO-nu tərk etməliyik”, – o bildirib.