• 24 Noyabr 2024 06:44

“Ukrayna Silahlı Qüvvələri Donbasda irəliləyib” – ISW

“Mövqe döyüşləri Kleşşiyevka və Boqdanovka yaxınlığında, havelə İvanovo istiqamətində davam edib…”

 

Ukraynanın Donetsk vilayətinin bir sıra yaşayış məntəqələrində mövqe döyüşləri gedir.

Bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) növbəti hesabatında deyilir.

 

Analitiklər qeyd edir ki, bu yaxınlarda ukraynalı hərbçilər Donetsk vilayətinin Baxmut şəhərinin cənub-qərbində bir qədər irəliləyib.

 

ISW Ukrayna müdafiəçilərinin Donbasda irəliləməsi barədə fevralın 2-də dərc edilən geolokasiya kadrlarına əsasən məlumat verib.

 

“Kadrlardan 85-ci əlahiddə motorlaşdırılmış briqadanın (qondarma “LXR”) döyüşçüləri Kleşşiyevkadan (Baxmutdan cənub-qərbə) şərqə doğru əvvəllər Rusiyanın nəzarətində olan meşəlik ərazidə Ukrayna qüvvələrinə zərbələr endirir”, – analitiklər qeyd edib.

 

Ekspertlərin fikrincə, bu məlumat əsasında döyüşçülərimizin “bu yaxınlarda bu rayonda olan mövqeləri özlərinə qaytardığını” güman etmək olar.

 

Onların məlumatına görə, mövqe döyüşləri Kleşşiyevka və Boqdanovka yaxınlığında, habelə İvanovo istiqamətində davam edib.

 

“Rusiyalı mənvə iddia edir ki, Rusiya qüvvələri İvanovsk istiqamətində (Baxmutdan qərbə) irəliləyəyib və Kleşşiyevkadan şimal və şimal-qərbə doğru yeni yüksəkliklər əldə edib.

 

Qeyd edilir ki, Ukrayna qüvvələri isə

Boqdanovkadan şimala (Baxmutdan şimal-qərbə) bir neçə mövqeləri geri qaytarıb”, – hesabatda deyilir. ISW əlavə edib ki, bu məlumatı təsdiq edən vizual sübutlar yoxdur.

 

2024-cü il fevralın 4-də rusiyalıların ukraynalılara qarşı tammiqyaslı müharibəsinin 711-ci günü tamam olub.

 

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, bu ildə tab gətirmək bütövlükdə Rusiyanın Ukraynaya qarşı tammiqyaslı təcavüzünə tab gətirmək deməkdir.

 

Dövlət başçısı həmçinin qeyd edib ki, heç kim müharibənin nə zaman başa çatacağını bilmir.

 

Yanvar ayında Böyük Britaniyanın baş naziri Rişi Sunak gözlənilmədən Kiyevə gəlib və Ukraynanın Rusiya ilə qarşıdurması ilə bağlı proqnoz verib. Onun fikrincə, müharibə uzun çəkəcək, lakin Ukrayna qalib gələcək.

 

Bundan öncə Rusiyanın sabiq baş naziri Mixail Kasyanov müharibənin artıq cari ilin sonunadək sona yetməsinin mümkünlüyünü proqnozlaşdırıb. (Moderator)

 

Tacxeber.com

Oxşar xəbərlər