• 24 Noyabr 2024 08:45

“İsrail HƏMAS-ı yarıya qədər zərərsizləşdirib, dayandırmaq niyyətində deyilik”

“İsrail Qəzza zolağında keçirdiyi əməliyyat zamanı radikal HƏMAS hərəkatının silahlı qüvvələrinin yarıdan çoxunu artıq zərərsizləşdirib və tam qələbə qazanana qədər fəaliyyətini dayandırmaq niyyətində deyil”.


Tacxeber.com
 xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu ordu bazalarından birinə səfəri zamanı bildirib.
Hərbçilərlə ünsiyyətdə olan Netanyahu onların yüksək döyüş ruhunu qeyd edib və Qəzza zolağında qələbənin “artıq yolda” olduğu fikrini bildirib:

 

“Bizim hesablamalarımıza görə, biz HƏMAS qüvvələrinin yarıdan çoxunu məhv etmişik, onların 24 batalyonundan 18-ni məhv etmişik, qalan terrorçulara qarşı aktiv təmizləmə, reydlər həyata keçiririk. Biz son qələbəyə doğru gedirik və sizə demək istəyirəm ki, biz buna sadiqik və bundan əl çəkməyəcəyik”.
“Yekun qələbə vacibdir, çünki o, İsrailin təhlükəsizliyini təmin edir. Tam qələbə artıq göz qabağında olan daha çox tarixi sülh sazişlərini bağlamağın yeganə yoludur. Tam qələbə İran, “Hizbullah”, husilər, və təbii ki, HƏMAS-dan ibarət şər oxuna ölümcül zərbə vuracaq”, – Netanyahu bildirib.

“Buna görə də tam qələbənin əvəzi yoxdur və tam qələbə olmasa nə baş verəcəyini təsəvvür etmək olar: sərhəd bölgələrindən evakuasiya edilmiş israillilər geri qayıtmayacaq, növbəti qırğın an məsələsi olacaq və İran, “Hizbullah” və başqaları sadəcə olaraq burada bayram keçirib Yaxın Şərqi məhv edəcəklər. Buna görə də tam qələbəyə alternativ yoxdur”, – o əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər