• 24 Noyabr 2024 04:34

Müharibədə son durum: Üstünlük rusların əlinə keçib

Ukraynada əməliyyat zonasında indi təşəbbüs Rusiya qüvvələrinin tərəfindədir. 

 

Bu barədə Amerikanın “New York Times” qəzeti yazıb.

 

KİV yazır ki, bütün məsələ Ukrayna Silahlı Qüvvələri arasında insan və sursat çatışmazlığındadır. Nəşrin yazdığına görə, ukraynalılar elə vəziyyətə düşürlər ki, onlar insan sayına və silahlarına görə daha çətin vəzyyətdədirlər:

 

“Onlar təşəbbüsü Rusiyaya veriblər”.

 

O da vurğulanır ki, kəskin artilleriya, mərmi çatışmazlığı səbəbindən Ukrayna Silahlı Qüvvələri onları xilas etmək məcburiyyətindədir, həmçinin zirehli texnikanın təmiri və texniki xidməti üçün komponentlər yoxdur.

 

Qəzet həmçinin Ukrayna Silahlı Qüvvələrinin leytenantlarından birinin “Hücum etmək üçün nə texnika, nə də adam var, ona görə də indi əsas məqsəd mövcud mövqeləri tutmaqdır” sözlərini sitat gətirir.

 

Eyni zamanda, cəbhənin bəzi bölmələrində Rusiya qüvvələri Ukrayna Silahlı Qüvvələrindən beş dəfə çox mərmi atmağa qadirdir:

 

“Ukrayna artilleriya bölmələri bildirirlər ki, Ukrayna qüvvələri artilleriya mərmilərinin çatışmazlığını kamikadze dronlarla doldurmağa çalışır, lakin o qədər də təsirli deyil”. (Cebhe)

 

Tacxeber.com

Oxşar xəbərlər