• 24 Noyabr 2024 05:49

Pərvizlə çəkdirdiyi FOTO Türkana baha başa gəldi: “Evinizdə “lasin” geyinən xanım yoxdur?” – VİDEO

“Bəzilərinin sözləri bitəndə, işləri olmayanda, boş-bekar qalanda müğənnilərin səhifəsinə “qaçıb” xoş olmayan şərhlər yazırlar.  Şalvar geyinirsən “vay”, “lasin” geyinirsən “vay”… Biz lüt gəzmirik ki… Əynimə şalvar geyinmişəm də…”

 

Tacxeber.com bizim media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə sosial şəbəkə hesabında çəkib paylaşdığı videoda deyib.

Sənətçi duet ortağı Pərviz Bülbülə ilə hava limanında çəkilən fotoda əyninə “lasin” geyindiyinə görə izləyicilər tərəfindən tənqid olunmasına sərt şəkildə reaksiya bildirib:

 

“Biz müğənniləri tənqid edənlərədir sözüm, bəyəm sizin evinizdə şalvar və “lasin” geyinən xanımlar yoxdur? Allah sizə göz verib, açın onları baxın da… Onların bəziləri də öz içimizdən (şou əhlini nəzərdə tutur – red.) olanlardı. Saxta profillərlə kimdən xoşları gəlmirsə, xoş olmayan şərhlər yazırlar. Onsuz da yazdığınız o pis şərhlər elə özünüzdə qalacaq. Ona görə də, gedin işinizlə məşğul olun. Bu şəkildə isə (duet ortağı meyxanaçı Pərviz Bülbülə ilə olan fotosunu ekranda nümayiş edir) mən “lasin” geyinmişəm. Gözünüzü yaxşı açın baxın!”.

Tacxeber.com

Oxşar xəbərlər