Ukraynada qarşıdurma böyüyür: Kliçko Zelenskiyə qarşı çıxdı, Zalujnını müdafiə etdi
Kiyev meri Vitali Kliçko Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının gözlənilən istefasına qarşı olduğunu bildirib və hakimiyyəti siyasi intriqalara son qoymağa çağırıb.
Tacxeber.com xəbər verir ki, o, bu barədə Telegram kanalında yazıb.
Kliçko qeyd edib ki, “ictimaiyyət prezidentin Zalujnını devirmək planları ilə bağlı vəziyyətin necə bitəcəyini müzakirə edir və səbirsizliklə gözləyir”.
“Təəssüf ki, siyasətin sağlam düşüncə və dövlətin mənafeyindən üstün ola bildiyi məqam yetişib”, – deyə o yazıb.
“Və bu məqam Zalujnidən asılı deyil. Ümid edirəm ki, hakimiyyət indi atdıqları addımların ciddiliyini və məsuliyyətinin bütünlüyünü başa düşəcək”, – Kliçko əlavə edib.
Kiyev meri qeyd edib ki, hökumətin hərəkətləri ordunun döyüş qabiliyyətinin və cəmiyyətin birliyinin gücləndirilməsinə yönəlməlidir.