Elşən Xəzərin dayısı oğlu faciəvi şəkildə HƏLAK OLDU
Bakıda 19 yaşlı oğlan dəm qazından boğulub.
“Yeni Sabah” xəbər verir ki, hadisə Xətai rayonunun 7-ci Əhmədli küçəsindəki fərdi yaşayış evində baş verib. 2005-ci il təvəllüdlü Məmmədli Hacıbala Elman oğlu hamam otağında olarkən qazdan zəhərlənib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.