Nəsildən nəslə irsən ötürülən xərçəng növləri
Bir çox xərçəng növləri valudeynlərdən irsən ötürülür.
“Tacxeber” “Medicina”-ya istinadən xəbər verir ki, onkoloq Yuliya Şubina həmin növləri sadalayıb:
“Süd vəzi, mədə, yumurtalıq, medulyar xərçəng və yoğun bağırsaq xərçəngi genetik daha çox ötürülür.
Genetik xərçəng onkoloji xəstəliklərdə məhdud həddədir. 80% xəstələrdə şiş spontan yaranıb inkişaf edir. Belə şişlər təsadüfi mutasiyalar nəticəsində olur.
Orqanizmə çox sayda kanserogen daxil olarsa və ya qeyri-sağlam həyat sürülərsə müəyyən yaşda baş qaldırır.
Qan bağında belə xərçəng olan qadınlar öncədən genetik analizlər verməlidir ki, riski qiymətləndirsin.
Ailədə, nəsildə mədə-bağırsaq xərçəngi olanlar artıq 35 yaşdan hər 2-3 ildən bir qastroskopiya, kolonoskopiyadan keçməlidir.
Amma 90% halda insanın hansı xərçəng növünə daha çox meyilli olduğunu öncədən təyin etmək mümkün deyil”.