• 22 Sentyabr 2024 05:28

Rusiya Xarkovu S-300-lə vurdu: Ölən və yaralananlar var – Fotolar

Rusiya Silahlı Qüvvələri gecə saatlarında Xarkov vilayətinin Boqoduxiv rayonunun Zoloçiv qəsəbəsini S-300 raketləri ilə atəşə tutublar.


Tacxeber.com
“RBK-Ukrayna”ya istinadla xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov öz “Telegram” kanalında məlumat yayıb.

“Səhər saat 02:30 radələrində işğalçıların S-300 raketləri ilə endirdiyi iki zərbə nəticəsində Boqoduxiv rayonunun Zoloçiv qəsəbəsində üçmərtəbəli mehmanxana dağılıb”, – vilayət administrasiyasının rəhbəri bildirib.
Hücum nəticəsində 2023-cü il dekabrın 4-də anadan olmuş iki aylıq oğlan uşağı dünyasını dəyişib. Onun cəsədi dağıntılar altından çıxarılıb.

Bundan başqa, ölən uşağın anası da daxil olmaqla 21, 28 və 39 yaşlı üç qadın yaralanıb. Onlar qəlpə xəsarətləri ilə xəsəxanaya aparılıblar.
Atəş nəticəsində yeddi fərdi yaşayış evi, 19 mülki infrastruktur obyekti (mağazalar, kafelər, köşklər), iki inzibati bina və ən azı beş mülki avtomobilə də ziyan dəyib.



Tacxeber.com

Oxşar xəbərlər