Azərbaycan qazının qiyməti bu il artacaq – PROQNOZ + CƏDVƏL
Beynəlxalq Valyuta Fondu (BVF) 2029-cu ilə qədər Azərbaycan qazının min kubmetrinin orta qiyməti üzrə proqnozunu açıqlayıb.
Tacxeber.com APA-ya istinadən xəbər verir ki, bu, BVF-nin İcraiyyə Şurasının Azərbaycan hökuməti ilə IV maddə üzrə məsləhətləşmələrin yekunlarına əsaslanan qiymətləndirməsində (2023-cü ilin noyabr ayında aparılıb – İF) öz əksini tapıb.
Proqnoza əsasən, bu il Azərbaycan qazının min kubmetrinin orta qiyməti 393,1 ABŞ dolları təşkil edəcək, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 8,3 ABŞ dolları və ya 2,16% çoxdur.
Qeyd olunub ki, 2023-cü ildə Azərbaycan qazı kəskin ucuzlaşıb. Belə ki, ötən il bu göstərici 384,8 dollar səviyyəsində olub ki, bu da illik müqayisədə 355,2 dollar və ya 48% azalma deməkdir.
Bununla yanaşı, BVF gələn il qazın qiymətinin azalmasının, 2026-cı ildə isə yenidən artacağını gözləyir. Azərbaycan qazının qiyməti üzrə 2027-2028-ci illər üçün Fond azalma dinamikasını proqnozlaşdırır.