• 22 Sentyabr 2024 02:53

Makiyaj edərkən bunlara diqqət edin – XƏRÇƏNGƏ SƏBƏB OLA BİLƏR

ucuz-makiyaj-vasiteleri-xercenge-sebeb-ola-biler-1707286869

Yəqin ki, hər bir qadın makiyaj vasitələrindən azda olsa, istifadə edir. Hazırkı çətin iqtisadi dövrdə əksəriyyət uyğun qiymətli makiyaj vasitələrinə üstünlük verir. Lakin “Büdcəmə xeyir edim” deyərkən ölümcül xəstəliklərə yol aça bilərsiniz.

 

Mövzumuzla bağlı dermatoloq Ramil Qocayev Referans.az-a açıqlama verib.

“Ucuz makiyaj vasitələri üzdə kontakt dermatit, üz göbələyi, ekzema, follikulit, pioderma və başqa xəstəliklər yarada bilər. Səbəb həmin vasitələrin tərkibində inqridientlərin təbii olmaması və ya mənşəyinin bilinməməsi, üzə çox qıcıqlandırıcı təsir göstərməsi, saxlama yerlərinin düzgün olmaması və sairədir.

 

Vizajist Hədiyyə Malasovanın sözlərinə görə isə:

 

“Ucuz kosmetika vasitələri dəridə və digər orqanlarda xərçəng xəstəliyinə səbəb ola bilir. Təəssüf ki, günümüzdə saxta məhsullar daha çoxdur. Bunlar təhlükənin böyük göstəricisidir. “

 

Bəs makiyaj vasitələrinin saxta olduğunu necə müəyyən etmək olar?

 

“Saxta makiyaj vasitələrini dəriyə çəkdiyimiz zaman dəriyə sorulur, qızartılar və göynəmələr əmələ gəlir. Dərman kimi qanımıza hopur, bu isə bir çox xəstəliklərin: alergiya, seboreya, gənə və başqa xəstəliklərin göstəricisinə çevirilir. Ən çox fəsad yaradan makiyaj vasitələri isə tonallar və tujlardır. Saxta makiyaj vasitələrinin qoxusundan bilmək olur ki, bunlar “fake” məhsullardır. Həmçinin saxta məhsulları günümüzdə baha qiymətə internet səhifələrindən də insanlara orginal adıyla satırlar. Məhsulların saxta və ya orginal olduğunu bilmək üçün mütləq peşəkarlara mürciət edin, dərinizi və özünüzü xəstəliklərdən qoruyun.”

Tacxeber.com

Oxşar xəbərlər