Seçki zamanı telefon və interneti kəsdilər
Səsvermənin davam etdiyi Pakistanda telefon və internet xidmətləri dayandırılıb.
Tacxeber.com xarici mediaya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin sosial media hesabından edilən açıqlamada, davam edən ümumi seçkilər zamanı “asayişin qorunması” məqsədilə ölkə ərazisində mobil telefon və mobil internet xidmətlərinin müvəqqəti dayandırıldığı təsdiqlənib.
Bəyanatda son hücumlarda günahsız insanların həyatını itirdiyi, təhlükəsizlik tədbirlərinin ictimai asayişin qorunması və potensial təhdidlərlə mübarizə üçün vacib olduğu qeyd edilib.
Sosial şəbəkələrdə minlərlə istifadəçi mobil telefon və internet xidmətlərinin dayandırılmasına reaksiya verib.