• 25 Noyabr 2024 03:11

7 milyarder Rusiya vətəndaşlığından imtina edib

 

Əlişir Usmanovun keçmiş ortağı, “Trastconsalt” və “Coalco Internationa”l şirkətlərinin təsisçisi, milyarder Vasili Anisimov Ukraynada xüsusi əməliyyat başlayandan sonra Rusiya vətəndaşlığından imtina edən yeddinci milyarder oldu.

 

Tacxeber.com “Forbes”ə istinadən xəbər verir ki, iş adamı hələ 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edib. O, hazırda Dominika və Xorvatiya vətəndaşıdır.

Anisimov 2003-cü ilin oktyabrında Xorvatiya pasportu alıb. Bunun üçün o, ölkədəki daşınmaz əmlaka ümumilikdə 11 milyon dollar sərmayə qoymalı olub.

 

“Forbes”in məlumatına görə, Rusiya vətəndaşlığından imtina etdikdən sonra Anisimov Rusiyaya “Bolşoye Domodedovo” MMC-nin dəvəti ilə aldığı iş vizası ilə daxil olur.

 

İş adamı “Forbes”ə açıqlamasında deyib ki, Rusiyada artıq heç bir aktivi yoxdur.

 

“Forbes” onun varidatını 1,6 mlrd dollar  həcmində dəyərləndirir.

 

Nəşrin yazdığına görə, bir çox iş adamları, xüsusən də milyarderlər Rusiyanın Ukraynada  başlatdığı hərbi əməliyyatlardan sonra Rusiya vətəndaşlığından imtina ediblər. Son iki ildə milyarderlər Timur Turlov, Ruben Vardanyan, Yuri Milner, Nikolay Storonski, Oleq Tinkov, İqor Makarov Rusiya vətəndaşlığından imtina edib.

Tacxeber.com

Oxşar xəbərlər