• 25 Noyabr 2024 00:22

Azərbaycanda bunu edənlər CƏRİMƏLƏNƏCƏK – MƏBLƏĞ

vetendaslarin-diqqetine-paytaxt-kucelerinde-bunu-etseniz-sizi-hebs-ve-cerime-gozleyir-1707400492

 

Bakıda Azərbaycan Neft və Sənaye Universitetinin tələbəsi həbs edilib.

 

Kürdəmir sakini, 2004-cü il təvəllüdlü Asəf Yusifov (şərti) Xətai rayonu ərazisində polis tərəfindən saxlanılıb.

 

İttihama əsasən, o, metronun “Əhmədli” stansiyasının yaxınlığında – Məhəmməd Hadi küçəsində telefonla yüksək səslə və söyüşlə danışarkən saxlanılıb. Bu zaman 2-ci kurs tələbəsi müqavimət göstərib.

Barəsində Xətai RPİ-nin 34-cü Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilən tələbə məhkəməyə göndərilib. Xətai Rayon Məhkəməsinin qərarı ilə ona 20 sutka inzibati həbs cəzası verilib.

 

Vətəndaşların böyük hissəsi bununla bağlı qadağa olduğunu belə bilmir və bu səhvə yol verirlər.

 

Qanunvericilikdə bununla bağlı nə deyilir? Küçədə hansı davranış qaydalarına əməl edilməlidir? Hansı hərəkətlərə görə cərimələr, cinayət məsuliyyəti tətbiq olunur?

 

Bu sualları hüquqşünas Ramil Süleymanov Referans.az-a açıqlamasında cavablandırıb.

“Bu gün həmin o şəxsin törətmiş olduğu hərəkət inzibati xəta hesab olunur və bu, ictimai qaydalar əleyhinə olan ictimai xətalar kateqoriyasına aiddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 10-cu maddəsində göstərilir ki, ictimai qaydanı kobud şəkildə pozan, ictimai qaydaya hörmət etməyən şəxslər inzibati qaydada cərimə olunurlar. Vətəndaşlar tərəfindən belə hallar baş verdikdə, təbii ki, bu polis tərəfindən rəsmiləşdirilir. Əgər bu məqamda inzibati cərimə tətbiq olunması mümkündürsə, inzibati cərimənin məbləği 50 manatdan 100 manata qədər məbləği əhatə edir. Burada şəxs protokol əsasında polis tərəfindən cərimə oluna bilər. Əgər inzibati qaydada həbsdən söhbət gedirsə, bununla bağlı inzibati həbslə bağlı polis tərəfindən protokol məhkəməyə təqdim olunur. Nəticədə, məhkəmə 15 gün müddətinə həbs olunma ilə bağlı qərar verə bilər”.

 

Hüquqşünas son olaraq qeyd edib ki, burada sübut etmə yükü, əsasən, inzibati orqanın, yəni polisin üzərinə düşür. Mütləq şəkildə polis şikayətçinin və hadisə şahidlərinin vasitəsilə faktı rəsmiləşdirməklə vətəndaşın inzibati məsuliyyətə cəlb olunması ilə bağlı qərar qəbul edə bilər və ya məhkəməyə təqdimat verə bilər.

Tacxeber.com

Oxşar xəbərlər