• 24 Noyabr 2024 10:50

Hər gün yumurta yeyənlərə pis xəbər – ZƏRƏRLƏRİ

Hər gün yumurta yeyənlərə pis xəbər – ZƏRƏRLƏRİ

Araşdırmalar səhər yeməyinin əvəzolunmaz qidalarından biri olan yumurtanın bəzi xəstəliklərin tətikçisi olduğunu göstərib.

 

Tacxeber.com xəbər verir ki, günün ən sağlam yeməyi olan səhər yeməyini yumurtasız yeməyənlər var, amma mütəxəssislər bunu doğru görmür.

Yumurta istehlakı ilə bağlı bir araşdırma yumurta istehlakının azaldılmasının ömrü uzatdığını ortaya qoyub, çünki yumurta sarısı yüksək xolesterol səviyyəsinə malikdir.

 

Araşdırma həmçinin müəyyən edib ki, yumurta yemək istəyən insanlar arada vaxt ayırmalıdırlar. Dəridə sızanaqların çox yumurta istehlakından qaynaqlandığı da məlum olub.

 

“Circulation” jurnalında nəşr olunan araşdırmaya görə, gündə bir yumurta yemək ürək xəstəliyindən ölmə riskini əhəmiyyətli dərəcədə artırır.

 

Tədqiqatçılar 27000-dən çox iştirakçıda yumurta və xolesterin istehlakını və qan xolesterinin səviyyəsini ürək-damar xəstəliklərindən ölümlə müqayisə ediblər və mövcud tədqiqatların sistematik təhlilini aparıblar.

 

Yüksək qan xolesterol səviyyələri və daha yüksək xolesterol qəbulu ürək xəstəliyindən ölüm riskinin artması ilə əlaqələndirilib.

 

Buna görə də, ürək xəstəlikləri olan ailələrdə, fərdlərə yumurta istehlakını həftədə bir və ya iki ilə məhdudlaşdırmaq tövsiyə olunur.

Tacxeber.com

Oxşar xəbərlər