• 22 Sentyabr 2024 00:37

Putin amerikalı jurnalistə müsahibəni hansı dildə verib? – Kremlin saytı da yayacaq

 

Rusiya lideri Vladimir Putin amerikalı jurnalist Taker Karlsona rus dilində müsahibə verib. Eyni zamanda, onun stenoqramı Kremlin saytında ingilis dilində də dərc olunacaq ki, dünyanın hər yerindən mümkün qədər çox insan onunla tanış ola bilsin.

Tacxeber.com xəbər verir ki, b barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov aif.ru saytına müsahibəsində bildirib.

 

“Əlbəttə, prezident müsahibəni rus dilində verib. Amma bilirsiniz ki, prezidentin rusdilli saytı da var, ingilisdilli də. Ona görə də müsahibə iki dildə təqdim olunacaq”, – deyə mətbuat katibi bildirib.

 

Siyasətçi həmçinin qeyd edib ki, mətn və video formatında material cümə günü səhər Kremlin saytında yerləşdiriləcək.

Tacxeber.com

Oxşar xəbərlər