Kiyevdə etirazlar başladı: Zelenskinin istefası tələb olunur
Kiyevdə etirazçılar Ukrayna Silahlı Qüvvələrinin istefaya göndərilmiş baş komandanı Valeri Zalujnının geri qaytarılmasını və prezident Vladimir Zelenskinin istefasını tələb etmək üçün Maydana toplaşıblar.
Tacxeber.com xəbər verir ki, Ukrayna mətbuatının məlumatına görə, insanlar fevralın 9-u axşam saatlarında mitinqə toplaşmağa başlayıb. Əvvəlcə iyirmiyə yaxın insan afişalarla dayanıb, sonradan onların sayı 150-yə yüksəlib.