• 22 Sentyabr 2024 03:11

“Neftçi” və “Qəbələ” yarımfinala adladı

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

 

Son gündə 2 cavab oyununu keçirilib. Əvvəlcə “Qəbələ” ilk görüşdə 1:1 hesablı heç-heçə etdiyi “Araz-Naxçıvan”la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. Bununla da əyalət təmsilçisi yarımfinala adlayıb. Komanda bu mərhələdə “Zirə” ilə üz-üzə gələcək.

 

“Neftçi” isə ilk oyunda 3:2 hesabı ilə qalib gəldiyi “Sumqayıt”la bu dəfə evdə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Ümumi hesabda rəqibini üstələyən (4:3) “Neftçi” yarımfinala yüksəlib. Paytaxt təmsilçisi bu mərhələdə “Qarabağ”la üz-üzə gələcək.

 

 

9 fevral

19:00. “Neftçi” – “Sumqayıt” – 1:1

Qollar: Filip Ozobiç, 26 (1:0), Roi Kehat, 40 (1:1)

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı

İlk oyun – 3:2

16:00. “Qəbələ” – “Araz-Naxçıvan” – 2:0

Qol: Osama Xalayla, 39, Ürfan Abbasov, 42

 

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev

 

İlk oyun – 1:1

 

8 fevral

 

“Zirə” – “Səbail” – 3:0

 

İlk oyun – 2:1.

 

“Qarabağ” – “Sabah” – 3:4

İlk oyun – 7:1.

 

Yarımfinalda qarşılaşacaqlar

 

“Zirə” / “Qəbələ”

“Neftçi” / “Qarabağ”

 

Mənbə: Qol.az

Tacxeber.com

Oxşar xəbərlər