• 22 Sentyabr 2024 11:50

Ronaldonun bu hərəkəti ərəbləri dəli etdi – Paçasının arasını sildi və yerə tulladı

Səudiyyə Ərəbistanının futbol çempionatında insident yaşanıb.

 

“Əl-Nəsr” klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldonun yoldaşlıq görüşündən sonra rəqib “Əl-Hilal” klubunun emblemi olan sarğı ilə paçasının arasını silməsi qalmaqal yaradıb.

 

Məsələ bu anı əks etdirən videonun internet məkanında yayılmasından sonra daha da böyüyüb.

 

“Əl-Hilal”ın 2:0 hesabı ilə qələbə qazandığı sözügedən matç fevralın 8-də paytaxt Ər-Riyadda baş tutub. Bu, Ronaldonun zədədən sonra ilk oyunu idi. O, bütün matçı meydanda keçirib və 54-cü dəqiqədə sarı vərəqə alıb.

 

Oyun başa çatdıqdan sonra Ronaldo tribunalara daxil olarkən “Əl-Hilal” azarkeşləri üzərində klubun simvolları olan sarğıları ona tərəf atıblar, portuqaliyalı isə üzünü və paçasını sildikdən sonra yaylığı yerə atıb. (Konkret)

 

Tacxeber.com

Oxşar xəbərlər