• 23 Noyabr 2024 19:29

Zelenski Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Sergey Şaptalanı vəzifəsindən azad edib.

Tacxeber.com xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yaydığı çıxışında deyib.

Prezident Şaptalanın yerinə general-mayor Anatoli Bargileviçi təyin etdiyini bildirib.

Bargileviçin namizədliyi Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Aleksandr Sırski tərəfindən təklif edildiyi deyilir.
“Təcrübəli insandır. O, bu müharibənin və Ukraynanın məqsədlərini anlayır”, – prezident bildirib.

Zelenski əvvəllər bu vəzifəni tutmuş Sergey Şaptala iki illik genişmiqyaslı müharibədə göstərdiyi xidmətə görə təşəkkür edib.

Tacxeber.com

Oxşar xəbərlər