Argentina-Nigeriya oyunu ləğv edildi: Messi qalmaqalına görə
Hançjou İdman Komitəsi Argentina və Nigeriya arasında yoldaşlıq görüşünün ləğv edildiyini açıqlayıb.
Tacxeber.com xəbər verir ki, buna səbəb kimi Lionel Messi amili göstərilib.
“Məlum səbəblərə görə səlahiyyətli orqanlar belə qənaətə gəliblər ki, Argentina yığmasının iştirakı ilə oyunun keçirilməsi üçün heç bir şərait yoxdur. Bu tədbirin ləğvi barədə qərar qəbul edilib”, – deyə rəsmi məlumatda bildirilir.
Qeyd edək ki, “məlum səbəblər” ifadəsi ilə təşkilatçılar Honkonqda “ İnter Mayami”nin hücumçusu Lionel Messi ilə bağlı münaqişə vəziyyətini nəzərdə tuturdular. Argentinalı zədə səbəbindən həmin oyunda iştirak etmədi, lakin bir neçə gün sonra Yaponiyada meydana çıxdı və bu da azarkeşlərin qəzəbinə səbəb oldu.