TikTok uşaqlara görə cərimələnə bilər
TikTokun sahibi olan Çin şirkəti “ByteDance Ltd” böyük məbləğdə cərimə təhlükəsi ilə üzləşə bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, Avropa Komissiyası yetkinlik yaşına çatmayanlar üçün risklə bağlı narahatlıqlar səbəbi ilə yeni rəqəmsal xidmətlər qanunu çərçivəsində yaxın həftələrdə TikTok sosial şəbəkəsi ilə bağlı araşdırmaya başlayacaq.