Canavarlarda xərçəngdən ölməməyə imkan verən genlər tapıldı
Çernobıl Atom Elektrik Stansiyasının (AES) təcrid zonasında yaşayan canavarların xərçəngdən sağ qalmasına imkan verən genom var.
Tacxeber.com xəbər verir ki, bu barədə Prinston Universitetinin bioloqu Kara Lavın İnteqrativ və Müqayisəli Biologiya Cəmiyyətinin saytında dərc olunmuş araşdırma məqaləsində deyilir.
Araşdırma artan xərçəng riskinə davamlı görünən canavar genomunun spesifik bölgələrini müəyyən edib.