• 25 Fevral 2024 02:25

Könlündən AFFA prezidenti olmaq istəyi keçən şəxslər

Könlündən AFFA prezidenti olmaq istəyi keçən şəxslər

Bu ilin mart ayında AFFA-da prezident seçkiləri olacaq.

 

Futbol ictimaiyyəti bu hadisəni həyəcanla gözləyir.

 

Çoxları düşünür ki, Rövnəq Abdullayevin 16 illik fəaliyyəti sona çatacaq və futbolumuzda yeni dönəm başlayacaq.

 

Gedişat onu göstərir ki, Abdullayev heç özü də bundan sonra AFFA rəhbəri olmaqda maraqlı deyil. Əvvəllər SOCAR prezidenti olan Rövnəq bəyin həm də federasiyanın baş sponsoru olaraq futbolumuzun başında dayanması durumu şərtləndirən əsas məqam idi. İndi vəziyyət bir qədər fərqlidir. O, daha sponsor şirkətin rəhbəri deyil. Sırf futbola isə o qədər də marağı yoxdur. Maliyyə ondan gəlmirsə, bu sahədə olmağın onun özü üçün də elə bir ciddi əhəmiyyəti qalmır.

 

Rövnəq Abdullayev AFFA-dan gedirsə, onun yerinə kimsə keçməlidir. Lakin hadisələrin gedişatı ortaya maraqlı mənzərə çıxarır. AFFA prezidenti olmağa namizəd yoxdur! Bunu baş katib Sərxan Hacıyev mətbuata açıqlamasında da deyib. Seçkiyə bir ay qalıb, amma sinəsini qabağa verən bir nəfər belə görmürük.

 

Könlündən AFFA prezidenti olmaq istəyi keçən şəxslər təbii ki, vardır. Amma kor-koranə istəklə uzağa getməyin mümkün olmayacağını da bilirlər. Gərək dövlətin dəstəyi olsun, xeyli pul ayrılsın. Ölkə rəhbərliyi isə futboldakı uğursuzluqlardan o qədər bezib ki, daha əvvəlkitək bu sahəyə milyonların xərclənməsinə tərəfdar deyil.

 

Qarşıda bizi nəyin gözlədiyini bilmirik. Amma gözləməkdən başqa çarə də yoxdur. Ya seçki ərəfəsində yeni namizəd çıxacaq ortaya, ya da Rövnəq Abdullayevlə davam (sportal).

 

Tacxeber.com

Oxşar xəbərlər