ATU-ya yarım milyonluq avadanlıq satan sirli şirkət
Azərbaycan Tibb Universiteti (ATU) “Select Us” MMC ilə satınalma müqaviləsiz imzalayacaq.
Şirkət ATU-nun şəbəkə və digər avadanlıqların alınması və quraşdırılması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.
Tərəflər arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 529 954,91 AZN-dir.
“Select Us” MMC 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi Kərimova Güllüzar Kamran qızıdır.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. (Valyuta)