• 25 Fevral 2024 02:37

BƏƏ Misirdən 22 milyard dollara ərazi alır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Misirin Aralıq dənizi sahilində 22 milyard dollar dəyərində premium torpaq almaq və inkişaf etdirmək üçün danışıqlar aparır.

 

Bu barədə “Blumberq” məlumat yayıb.

 

Məlumata görə, Misir ümumi sahəsi 180 milyon kvadratmetr olan ərazinin təqribən 20%-nə sahibliyini saxlaya biləcək:

 

“Bundan başqa, bəzi dövlət müəssisələri və Misirin ən böyük developer şirkətlərindən biri olan “Talaat Moustafa Group”un payları olacaq. Danışıqlar davam edir, yekun qərar hələ verilməyib”.

 

Misirin İnvestisiyalar və Azad Zonalar üzrə Baş İdarəsinin baş direktoru Hossam Heyba smetanın 22 milyard dollar olduğunu bildirib. Onun sözlərinə görə, layihə yaxın günlərdə razılaşdırılacaq. (Axar)

 

Tacxeber.com

Oxşar xəbərlər