İndoneziyada futbolçunu oyunda ildırım vurdu – Video
İndoneziyada “Persikas Subanq”ın 30 yaşlı futbolçusu yoldaşlıq oyunu zamanı ildırım vurması nəticəsində həlak olub.
Tacxeber.com xəbər verir ki, bu barədə “VoiID” portalı məlumat yayıb.
Məlumata görə, faciənin baş verdiyi oyun fevralın 10-da Bandunqdakı “Silivanqi” stadionunda baş tutub.